sorğu
““Bələdiyyə” təşəbbüs qrupunun imzatoplama kampaniyası uğurla davam edir”-bu məlumat Belediyye.infoya təşəbbüs qrupundan daxil olub.
Məlumatda bildirilir ki, təşəbbüs qrupu sənədlərini MSK-ya təqdim etdikdən sonra təşəbbüs qrupu kimi qeydiyyatdan keçməsi üçün qanuna müvafiq qaydada 40 min nəfərin imzası tələb olunur.
MSK-nın Referendumla baglı təqvim planına uyğun olaraq 22 avqust saat 18 00 - dək imzalar təsdiq edilməsi üçün MSK-ya təqdim edilməlidir.
Təşəbbüs qrupundan o da bildirilib ki, qrupun fəalları yaxın günlərdə imzatoplamanı başa çatdırmaq niyyətindədirlər.
Belediyye.info